"Qəbələ" "Trabzonspor"un futbolçusunu transfer edir

"Qəbələ" "Trabzonspor"un futbolçusunu transfer edir

"Qəbələ" "Trabzonspor"un futbolçusu Luis İbanezi transfer edir. Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddialara görə, baş məşqçi Ersun Yanal argentinalı müdafiəçini yeni mövsümdə komandada görmək istəmir. Belə bir vaxtda "Qəbələ" onaelçi düşüb. Bildirilir ki, Luis İbanez ölkəmizə gəlməyi qəbul etsə, "Trabzonspor" onu bir illik icarəyə verəcək. Türklər buna görə "Qəbələ"dən icarə haqqı almayacaq.

Qeyd edək ki, Luis İbanez "Trabzonspor"a ötən yay Serbiyanın "Srvena Zvezda" klubundan 1,4 milyon avroya transfer edilib. Hazırda "Transfermarkt" 28 yaşlı müdafiəçiyə 1,5 milyon avro qiymət qoyub. O, əvvələr Argentinanın "Boka Xuniors", "Rasinq", Xorvatiyanın "Dinamo" (Zaqreb) və Macarıstanın "Qyor ETO" klublarında top qovub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər