"Qəbələ": "bürünc" seriyasına son

"Qəbələ": "bürünc" seriyasına son

Premyer Liqada gümüş medalların sahibi müəyyənləşib. XXVII turda "İnter"i 4:3 hesabı ilə yenən "Qəbələ"nin mövsümün ikinci pillədə başa vuracağı rəsmiləşib.

Bu "qırmızı-qaralar"ın ilk gümüş medalı olub. Bundan əvvəl "Qəbələ" 3 dəfə bürünc medal qazanmışdı. Maraqlıdı ki, həmin medallar ardıcıl 3 - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində əldə olunub. İlk iki mövsümdə "İnter"dən geri qalan bölgə klubu ötən mövsüm "Zirə"ni keçə bilməmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər