"Qəbələ" nümayəndələri UEFA forumunda

"Qəbələ" nümayəndələri UEFA forumunda

Martın 20-21-də UEFA Gənclər Liqası çərçivəsində məşqçilər forumu keçirilib. 

Fanat.Az xəbər verir ki, 2016-2017-ci illər mövsümünün iştirakçılarının qatıldığı tədbirdə Azərbaycanı "Qəbələ” nümayəndələri təmsil edib.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən foruma futbol akademiyasının meneceri Nail Kərimov, əvəzedici komandanın baş məşqçisi Hüseynqulu Quliyev və məşqçisi Elmar Baxşıyev qatılıblar. UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Corco Marketti iştirakı ilə başlayan tədbirdə İoan Lupesku, Verner Mikler, Santi Solsona, Hyu Dallas və Fabio Kapellonun müxtəlif mövzularda mühazirələri dinlənilib.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər