"Qəbələ" Albaniya klubuna qalib gəldi

"Qəbələ" Albaniya klubuna qalib gəldi

Yunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, “Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası yarışın son günündə 9-10-cu yerlər uğrunda matçda qüvvəsini sınayıb.

"Qırmızı-qaralar” Albaniyanın “Tirana Nasional” klubu ilə üz-üzə gəlib. Famil Xəlilovun yetirmələri qarşılaşmada 4:0 hesablı qələbə qazanıb. “Qəbələ”nin heyətində Veysəl Rzayev 2, Samir Məhərrəmli və Hüseyn Mürsəlov hərəyə 1 qol vurublar. Bu qələbə ilə “qırmızı-qaralar” yarışı 9-cu pillədə başa vurub.

Yarışın qalibi adına isə Yunanıstanın AEK klubu yiyələnib. Digər Yunanıstan təmsilçisi “İraklis” 2-ci, Rusiya “Krasnodar”ı isə 3-cü olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər