"Qarabağ"la qarşılaşacaq "Zirə"nin futbolçuları neçə gün dincələcək? - AÇIQLAMA

"Qarabağ"la qarşılaşacaq "Zirə"nin futbolçuları neçə gün dincələcək? - AÇIQLAMA

"Zirə"nin milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə ilə bağlı planları məlum olub.

Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:

"Turan Tovuz"la oyundan sonra futbolçulara qısa istirahət verilib. Komanda sentyabrın 24-də bir araya gələcək. Oktyabrın 3-də isə "Qarabağ"la yoxlama oyunu keçiriləcək".

Xatırladaq ki, qəsəbə təmsilçisi Misli Premyer Liqasının son turunda "Turan Tovuz"a uduzub. Sentyabrın 19-da keçirilən qarşılaşma qonaqların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Hazırda 10 xalı olan "Zirə" turnir cədvəlinin 5-ci pilləsində mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər