"Qarabağ"la oyuna hazır olması üçün risk etmədik" - "Dinamo"nun baş məşqçisi

"Qarabağ"la oyuna hazır olması üçün risk etmədik" - "Dinamo"nun baş məşqçisi

Zaqreb "Dinamo"sunun futbolçusu Marko Pyatsanın Xorvatiya çempionatının 3-cü turunda "Şibenik"ə qarşı keçirdikləri oyunda meydana çıxmamasının səbəbi açıqlanıb.

Fanat.Az xəbər verir ki, zaqreblilərin baş məşqçisi Sergey Yakiroviç oyundan sonra baş tutan mətbuat konfransında 29 yaşlı vingerin zədə səbəbindən oynamadığını deyib: 

"Pyatsa cümə axşamı dabanından xəsarət aldı. Ağrıları var idi. "Qarabağ"la qarşılaşmaya hazır olması üçün risk etmədik".

Qeyd edək ki, görüş "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində bu komandaya qarşı ilk matçını avqustun 20-də səfərdə, cavab oyununu isə 28-də Bakıda keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər