"Qarabağ"ın Zaqreb "Dinamo"su ilə ilk oyununun saatı dəqiqləşdi

"Qarabağ"ın Zaqreb "Dinamo"su ilə ilk oyununun saatı dəqiqləşdi

"Qarabağ"ın Bakıda Zaqreb "Dinamo"suna qarşı keçirəcəyi matçın - UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun başlama saatı dəqiqləşib.

Fanat.Az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də start götürəcək.

Xorvatiyadakı ilk görüş isə avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan çempionu III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi "Ludoqorets"i mübarizədən kənarlaşdırıb. Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan "köhlən atlar" səfərdəki matçın əsas vaxtında 3:2 hesabı ilə qalib gəlib. Əlavə vaxtda rəqibinə dörd qol vuran "Qarabağ" 7:2 hesablı qələbəyə sevinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər