"Qarabağ"ın yetirməsi bölgə təmsilçisini tərk edib Bakı klubuna keçdi

"Qarabağ"ın yetirməsi bölgə təmsilçisini tərk edib Bakı klubuna keçdi

1-ci Liqa klubu "Cəbrayıl"da ayrılıq reallaşıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi yarımmüdafiəçisi Sadiq Hüseynli ilə vidalaşıb.

Artıq 24 yaşlı "8 nömrə"nin yeni klubu da bəllidir. O, karyerasını I Liqanın digər təmsilçisi "Baku Sportinq"də davam etdirəcək. 

2002-ci il təvəllüdlü Sadiq Hüseynli "Qarabağ"ın yetirməsidir. O, MOİK, “Şamaxı”, “Dinamo” kimi klublarda da çıxış edib. 

Qeyd edək ki, "Cəbrayıl" ötən mövsümü 8-ci yerdə başa vurub. İddialılardan olan "Baku Sportinq" isə 4-cü olub və Premyer Liqaya vəsiqə üçün pley-off oynayan "Mingəçevir"dən cəmi 2 xal geri qalıb. 

"Cəbrayıl"a ötən mövsüm, hazırda "Araz-Naxçıvan"ın baş məşqçisi olan Cavid Hüseynov rəhbərlik edibsə, "Baku Sportinq"i çalışdıran Röyal Nəcəfov da mövsümün sonunda postunu tərk edib. Bakılıları növbəti mövsüm təcrübəli mütəxəssis Samir Ələkbərov çalışdıracaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər