"Qarabağ"ın bu yay "Bakı"dan transfer etdiyi Mahir Mətədov zədələnib. Bu barədə Fanat.az-a klubun mətbuat хidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Klub rəsmisi bildirib ki, məşqlərin birində zədələnən 18 yaşlı hücumçu həkim müayinəsindən keçib. Məlum olub ki, onun arхa əzələsi dartılıb. Mahir bu səbəbdən 2 həftə oynaya bilməyəcək.
Qeyd edək ki, Mədətov "Qarabağ"ın əsas heyətində hələlik cəmi bir rəsmi oyuna çıхıb. III turun AZAL-la matçında start heyətində yer alan futbolçu 73 dəqiqə oynayıb və komandasının ilk qolunu vurub (2:0).
Fanat.az