"Qarabağ"ın yeni transferi: "Meydana çıxacağım günü səbirsizliklə gözləyirəm"

"Qarabağ"ın yeni transferi: "Meydana çıxacağım günü səbirsizliklə gözləyirəm"

"Qarabağ" yay transfer dönəmində  daha bir transferini rəsmiləşdirib.  Komanda Yunanıstanın "Olimpiakos" klubundan Jumbinyonu transfer edib.

Jumbinyo klubun saytına belə danışıb: ""Qarabağ"a dəvət gəldiyi zaman klub haqqında maraqlandım. Həfədləri, heyətini gördükdən sonra dərhal razılaşdım. Oyunlarını izlədkdən sonra doğru yerə gedəcəyimi düşündüm. Bilirəm ki, `Qarabağ` texnikalı futbol oynayır. Bilirəm ki, məndən də hər kəs eyni şeyi gözləyir. Oyun üslubum `Qarabağ`a uyğun gəlməsəydi məni komandada görmək istəməzdilər. `Qarabağ`a fayda verməyə gəlmişəm. Bilirəm ki, əsas heyətdə yer almaq üçün çox çalışmalıyam. Faktiki, komanda  hazırda uğurlu çıxış edir. Amma mən də iddialıyam. Meydana çıxacağım günü səbirsizliklə gözləyirəm".

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər