"Qarabağ"ın yeni stadionunun adı açıqlandı

"Qarabağ"ın yeni stadionunun adı açıqlandı

"Qarabağ"ın yeni stadionunun adı müəyyənləşib. Fanat.az хəbər verir ki, Suraхanıda inşa olunan arenaya klubun sponsoru "Azərsun Holdinq"in adı verilib.

Belə ki, stadion "Azərsun Arena" adlanacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, "Qarabağ" bu stadionda ilk oyununu bu gün əzəli rəqibi "Neftçi"yə qarşı keçirəcək. Klubdan verilən məlumata görə, beynəlxalq standardlara cavab verən stadion-bazanın inşası demək olar ki, tamamlanıb. 

Məlum olduğu kimi, baza və stadionun inşası iri həcmli layihə olduğu üçün hansısa çatışmazlıqların olması labüddü. Məhz bu məqsədlə "Qarabağ" üçün inşa edilmiş "Azərsun-Arena"nın rəsmi açılışdan öncə baza-stadionda olan çatışmazlıqlar öyrənilməsi, mümkün təkmilləşdirmə yönündə alternativləri öyrənmək üçün "Neftçi" idə oyun məhz adıçəkilən stadionda keçiriləcək. Bu qarşılaşma rəsmi açılışdan öncə bir növ sınaq xarakteri daşıyır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər