"Qarabağ"ın start heyəti açıqlandı

"Qarabağ"ın start heyəti açıqlandı
Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsində son oyununu səfərdə "Anderleхt"ə qarşı keçirəcək. Fanat.az хəbər verir ki, Belçika mətbuatı təmsilçimizin start heyətini açıqlayıb.
Həmkarlarımızın iddiasına görə, baş məşqçi Qurban Qurbanov ilk dəqiqələrdən İbrahim Şehiç, Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Ansi Aqolli, Qara Qarayev, Riçard Almeyda, Dani Kintana, Əfran İsmayılov, Cavid Tağıyev və Samuel Armenterosdan ibarət "11-liy"ə şans verəcək.
Belçika meydiası "Anderleхt"in də start heyətini açıqlayıb: Silvio Proto, Endi Naxar, Kara Mbodj, Olivye Deşaxt, Fabrise N`Sakala, Leander Dendonker, Yuri Tilemans, Dennis Prat, Qiyom Jille, Stefano Okaka, Matias Suares.
 
Qeyd edək ki, “Anderlext” - “Qarabağ” matçı Bakı vaxtı ilə 00.05-də başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər