"Qarabağ"ın sabiq üzvünün yeni iş müəyyənləşdi

"Qarabağ"ın sabiq üzvünün yeni iş müəyyənləşdi
"Əlincə"nin U-16 komandasından sonra U-13 komandasının da baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, komanda B kateqoriyalı məşqçi Azər Cabbarova həvalə olunub. 
Cabbarov ötən mövsüm "Zirə" klubunda köməkçi məşqçi vəzifəsini icra edib. Bundan əvvəl isə, o "Neftçala"da baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərib.
 
Qeyd edək ki, Cabbarov futbolçu karyerası ərzində "Xəzri" (Buzovna), "Fərid", "Bakılı", "Kəpəz", "Qarabağ", "MKT-Araz", "Qəbələ", "Karvan", "Muğan", "Abşeron" və "Neftçala" kimi klubların şərəfini qoruyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər