"Qarabağ"ın sabiq qapıçısı "Everton"da - RƏSMİ

"Qarabağ"ın sabiq qapıçısı "Everton"da - RƏSMİ

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 37 yaşlı bosniyalı 2021-2023-cü illər aralığında da formasını geyindiyi "Everton"la müqavilə bağlayıb.

Məlumatı Liverpul təmsilçisinin rəsmi saytı yayıb. O, müddəti gələn ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Xatırladaq ki, Beqoviç müqavilə ilə "Bornmut"a məxsus olduğu dönəmdə - 2019/2020 mövsümündə icarə əsasında "Qarabağ"da çıxış edib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər