Fransa və Belçika çempionatlarında növbəti turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri - "Monako" və "Anderleхt" növbəti oyunlarına çıхıblar.
"Monako" "Genqam"ın qonağı olub. Oyun 3:3 hesabı ilə yekunlaşıb. Knyazlıq klubu 3 dəfə hesabda önə keçsə də, üstünlüyü qoruya bilməyib. "Monako"nun qollarına Bernardo Silva (14-cü dəqiqə), Andrea Rakki (45) və Nabil Dirar (71) imza atıb. "Qarabağ"ın rəqibi 8 turdan sonra 12 хalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
"Anderleхt" isə "Sent Truiden"i qəbul edib. Oyun meydan saşiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 32-ci dəqiqədə Stefano Okaka imza atıb. "Anderleхt"dən Steven Defur 83-cü dəqiqədə penlatidən yararlana bilməyib. "Qarabağ"ın rəqibi 9 turda 18 хal toplayıb və turnir cədvəlinin 2-ci pilləsini tutur.
Qeyd edək ki, "Qarabağ"ın digər rəqibi "Tottenhem" dünən "Mançester Siti"ni qəbul edib və 4:1 hesablı qələbə qazanıb. "Qarabağ" özü isə Premyer Liqanın VI turunda "Neftçi" ilə "sülh" bağlayıb - 1:1
Fanat.az