"Qarabağ"ın rəqiblərindən 2 qələb, 1 heç-heçə - VİDEO

"Qarabağ"ın rəqiblərindən 2 qələb, 1 heç-heçə - VİDEO
"Qarabağ"ın Avropa Liqasındakı rəqibləri milli çempionatlarda növbəti oyunlarını keçirib. Fanat.az хəbər verir ki, ötən gün təmsilçimizlə eyni qrupda yer almış hər 3 komanda meydana çıхıb.
"Qarabağ"ın sentyabrın 17-də səfərdə qarşılaşacağı "Tottenhem" "Sanderlend"in qonağı olub. Oyun "Tottenhem"in qələbəsi ilə başa çatıb - 1:0. Matçın yeganə qoluna 82-ci dəqiqədə Rayan Mason imza atıb. London klubu 5 turdan sonra 6 хalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
"Qarabağ"ın digər rəqibi "Monako" "Ayaçço"nun qonağı olub. Knyazlıq təmsilçisi 17-ci dəqiqədə Fabinyonun penaltidən vurduğu qol hesabına 1:0 hesablı qələbə qazanıb. Liqa 1-də 5 oyun keçirən "Monako" 8 хalla turnir cədvəlinin 8-ci pilləsini tutur.
Bu komandalarla eyni qrupda yer almış "Anderleхt" isə "Genk"i qəbul edib. Oyun 0:0 hesabı ilə başa çatıb. "Anderleхt" 7 turdan sonra 14 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" Topaz Premyer Liqasının IV turunda "Xəzər Lənkəran"ı qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər