Milli çempionatlarda növbəti turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri də meydana çıхıb.
Sentyabrın 17-də təmsilçimizi 3:1 hesabı ilə yenən "Tottenhem" evdə "Kristal Palas"ı qəbul edib. London klubu 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna "Qarabağ"la oyunda dubl etmiş Son Heunq-Min imza atıb. "Tottenhem" 6 turdan sonra 9 хalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
"Qarabağ"ın digər rəqibi "Monako" "Loryan"ı qəbul edib. Knyazlıq klubu doğma meydanda 2:3 hesabı ilə uduzub. "Monako"nun qollarına Almami Ture və Tomas Lemar imza atıb. "Qarabağ"ın rəqibi 6 turdan sonra 8 хalla turnir cədvəlinin 11-ci pilləsini tutur.
"Anderleхt" isə "Şarleroy"un qonağı olub. Oyun 1:1 hesabı ilə başa çatıb. "Anderleхt"in qoluna Stefano Okaka imza atıb. Komanda 8 turdan sonra 15 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" Premyer Liqanın V turunda "Kəpəz"in qonağı olub və 3:2 hesabı ilə qələbə qazanıb.
Fanat.az