"Qarabağ"ın rəqibinin matçı təxirə düşdü, Arda Turan darmadağına sevindi

"Qarabağ"ın rəqibinin matçı təxirə düşdü, Arda Turan darmadağına sevindi

Ukrayna Premyer Liqasında yeni mövsümün startı baş tutub.

Fanat.Az xəbər verir ki, 1-ci tur təxirəsalma ilə diqqət çəkib. 

"Qarabağ"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Dinamo Kiyev”in  "Levı Bereq" ilə matçı təxirə salınıb. Sözügedən qarşılaşma 12 dekabra ertələnib.

Arda Turanın rəhbərlik etdiyi "Şaxtyor Donetsk" mövsümə "Kudrivka" üzərində 5:1 hesablı darmadağınla başlayıb. 

Qeyd edək ki, "Qarabağ" "Dinamo Kiyev"lə ilk oyununu avqustun 6-da Polşada keçirəcək. "Motor Lublin Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər