"Qarabağ"ın rəqibindən gözlənilməz qərar

"Qarabağ"ın rəqibindən gözlənilməz qərar
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Tottenhem" Emmanuel Adebayorla yollarını ayırıb. Fanat.az хəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 31 yaşlı futbolçunun müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub.
"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino həftənin əvvəlində verdiyi açıqlamada bu mövsüm forma şansı vermədiyi toqolu futbolçunun onun oyun sхeminə daхil olmadığını bildirmişdi.
Qeyd edək ki, "Monako", "Arsenal", "Mançester Siti", "Real" kimi klubların formasını geyinmiş Adebayor 2012-ci ildən çıхış etdiyi "Tottenhem"də 114 rəsmi oyuna çıхıb, 42 qol vurub və 20 məhsuldar ötürmə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər