"Qarabağ"ın rəqibi liderliyi itirdi - VİDEO

"Qarabağ"ın rəqibi liderliyi itirdi - VİDEO

Belçika çempionatında XIII turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Anderleхt" "Kortrijk"in qonağı olub.

Oyun 1:1 hesabı ilə başa çatıb. 9-cu dəqiqədə hesabda geri düşən "Anderleхt" 51-ci dəqiqədə İmoh Ezekielin qolu ilə barəbərliyi təmin etsə də, bundan artığına gücü çatmayıb.

Bununla da "Qarabağ"ın rəqibi liderliyi əldən verib. 13 turda 26 хal toplayan "Anderleхt" turnir cədvələnin 3-cü pilləsində qərarlaşıb və liderlərdən bir хal geri qalır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər