"Qarabağ"ın "Tvente" üzərində qələbəsi Azərbaycana nə qazandırdı? - UEFA reytinqi

"Qarabağ"ın "Tvente" üzərində qələbəsi Azərbaycana nə qazandırdı? - UEFA reytinqi

UEFA ötən gün Avropa Liqası və Konfrans Liqasında keçirilən oyunlarda qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.

Fanat.Az-ın məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. 

Buna "Qarabağ"ın KL-in pley-off mərhələsinin ilk oyununda Kiyev "Dinamo"sunu səfərdə üstələməsi (1:0) şərait yaradıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib. 

Nəticədə cari mövsümdə qazanılan əmsal 3.375-ə yüksəlib. Bunun 1.250 əmsalı "Sabah"ın, 1.250-i "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür.  

Hazırda ölkəmizin ümumi xal ehtiyatı 21.937-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Slovakiyanın 20.625 əmsalı var. Bir pillə öndə - 25-ci yerdə qərarlaşan Sloveniyanın ümumi qazancı isə 22,843-ə bərabərdir. 

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.907) başçılıq edir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər