"Qarabağ"ın qarşıdakı oyuna neçə itki ilə çıxacağı açıqlandı

"Qarabağ"ın qarşıdakı oyuna neçə itki ilə çıxacağı açıqlandı

Misli Premyer Liqasının 6-cı turunda "Şəfa"nı qəbul edəcək "Qarabağ"ın Bakı təmsilçisi ilə oyuna neçə itki ilə çıxacağı açıqlanıb.

Fanat.Az-a "köhlənlər"in mətbuat xidmətindən verilən məlumata görə, heyətdə cəzalı oyunçu yoxdur.

Hücumçu Zakaria Savo, cinah müdafiəçisi Elvin Cəfərquliyev və mərkəz müdafiəçisi Bəhlul Mustafazadə zədə səbəbindən qarşıdakı matçı kənardan izləyəcəklər.

Qeyd edək ki, "Qarabağ" - "Şəfa" qarşılaşması sentyabrın 18-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın start fiti 19:45-də səsləndiriləcək. Hazırda 3 xalı olan "hepardlar" turnir cədvəlinin 10-cu pilləsində mövqe tutublarsa, 10 xala malik "köhlənlər" 3-ci sırada qərarlaşıblar. 

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər