Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Fanat.az хəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşib.
Püşkatmada II təsnifat mərhələsində çıхış edən 17 cütlük və III təsnifat mərhələsinə birbaşa vəsiqə qazanan 13 klub iştirak edib. Əvvəlcə 17 cütlük və mübarizəyə bu mərhələdən başlayan 3 yüksək reytinqli liqanın (reytinqdə 14-16-cı yerlər) çempionları 10 cütü müəyyənləşdirib.
"Qarabağ"ın potensial rəqibi püşkatmanın bu mərhələsində məlum olub. Püşk "Qarabağ" - "Rudar" (Çernoqoriya) cütünün qarşısına "Seltik" (Şotlandiya) - "Styarnan" (İslandiya) cütünün qalibini çıxarıb. Bu komandalar arasında Şotlandiyada baş tutan ilk oyunda "Seltik" Dedrik Boyata və Stefan Yohansenin qolları ilə 2:0 hesablı qələbə qazanıb.
Püşkatmanın ikinci mərhələsində isə ölkələrində çempion olmayan komandalar cütlükləri formalaşdırıb. Türkiyənin "Fənərbaxça" klubu da mübarizəyə bu mərhələdən başlayacaq. "Sarı-lacivərdlilər" pley-off mərhələsinə vəsiqə uğrunda "Şaxtyor"la qarşılaşacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 28-29 iyul, cavab qarşılaşmaları isə 4-5 avqust tariхlərində keçiriləcək.
Çempionlar qrupu
III təsnifat mərhələsi
28-29 iyul - 4-5 avqust
Seltik (Şotlandiya)//Styarnan (İslandiya) - Qarabağ (Azərbaycan)//Rudar (Çernoqoriya)
Sarayevo (Bosniya və Herseqovina)//Lex (Polşa) - Bazel (İsveçrə)
Ludoqorets (Bolqarıstan)//Milsami (Moldova) - Şkenderbeu (Albaniya)//Kruzaders (Şimali İrlandiya)
HİK (Finlandiya)//Ventspils (Latviya) - Maribor (Sloveniya)//Astana (Qazaxıstan)
Trençin (Slovakiya)//Styaua (Rumıniya) - Partizan (Serbiya)//Dila (Gürcüstan)
Midilyand (Danimarka)//Linkoln (Cəbəllütariq) - APOEL (Cənubi Kipr)//Vardar (Makedoniya)
Hibernians (Malta)//Makkabi (Təl-Əviv, İsrail) - Viktoriya (Çexiya)
Dinamo (Xorvatiya)//Fola (Lüksemburq) - Molde (Norveç)//Pünik (Ermənistan)
TNS (Uels)//Videoton (Macarıstan) - BATE (Belarus)//Dandalk (İrlandiya)
Zalsburq (Avstriya) - Malmö (İsveç)//Jalgiris (Litva)
Panatinaikos (Yunanıstan) - Brügge (Belçika)
Yanq Boyz (İsveçrə) - Monako (Fransa)
ÇSKA (Rusiya) - Sparta (Çexiya)
Rapid (Avstriya) - Ayaks (Hollandiya)
Fənərbaxça (Türkiyə) - Şaxtyor (Ukrayna)
Fanat.az