"Qarabağ"ın oyununda 29 yaşlı FIFA referisi

"Qarabağ"ın oyununda 29 yaşlı FIFA referisi

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Rudar" (Çernoqoriya) - "Qarabağ" matçının hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA qarşılaşmanı bolqar ədalət təmsilçilərinə tapşırıb.

Oyunu Georgi Kabakov idarə edəcək. Ona Martin Marqaritovla Martin Venev yardımçı olacaq. Dördüncü hakim fxunksiyasını Nikolay Yordanov yerinə yetirəcək.

29 yaşlı Georgi Kabakov 2013-cü ildə FIFA referisi statusu daşıyır. Beynəlхalq səviyyədə əsasən U-19, U-19 və U-21 yığmaoarı arasında rəsmi oyunları idarə edən referi Çempionlar Liqası və Avropa Liqasında bir oyunda ədaləti qoruyub. Bu matçların hər birində 7 sarı vərəqədən istifadə edib.

Kabanov Azərbaycan millisinin də oyununa təyinat alıb. Belə ki, o, 2013-cü ilin 23 sentyabrında Volqaqradda Azərbaycan və Rusiyanın U-17 yığmaları arasında baş tutan matçın dördüncü hakimi olub. Qarşılaşmanı onun danimarkalı Miхael Tikqaard idarə edib.

Çempionlar Liqası

II təsnifat mərhələsi

22 iyul

23.45 Rudar (Çernoqotiya) - Qarabağ (Azərbaycan)

Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Martin Venev, Nikolay Yordanov (Bolqarıstan).

Hakim-inspektor: Françesko Byanki (İsveçrə).

UEFA nümayəndəsi: Tuqomir Frayman (Sloveniya).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər