"Qarabağ"ın futbolçusuna Bundesliqadan təklif var

"Qarabağ"ın futbolçusuna Bundesliqadan təklif var
"Qarabağ"ın futbolçusu Reynaldo Silva əcnəbi klubların maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu Almaniyadan təklif alıb.
Belə ki, Bundesliqada çıxış edən "Hoffenhaym" Reynaldonu heyətinə qatmaq istəyir. Lakin braziliyalının "Qarabağ"da qalmağın tərəfdarı olduğu deyilir.
Qeyd edək ki, "Qarabağ" Reynaldonu ötən qış Belçikanın "Anderlext" klubundan transfer etmişdi. Ölkəmizdə 23 oyun keçirən 24 yaşlı yarımmüdafiəçi 9 qola imza atıb. O, cari mövsümdə "Qarabağ"ın Avropa Liqasındakı 8 oyunundan 7-də meydana çıxıb və 5 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər