"Qarabağ"ın futbolçusuna bir oyunluq cəza

"Qarabağ"ın futbolçusuna bir oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatının VI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

"İnter" "Kəpəz"lə oyunda 4 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimələnib. "Qarabağ" isə futbolçusu Kamran Həsənzadə "Neftçi" ilə oyunun 73-cü dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəbindən 100 manat ödəyəcək. Futbolçu özü bir oyunluq cəzalanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər