Sloveniya milli komandasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Gianni De Biasi Sloveniya və İslandiya ilə oyunlara hazırlıq məqsədi ilə düşərgəyə 28 futbolçu dəvət edib.
Baş məşqçi Azərbaycan çempionatını da unutmayıb. Belə ki, o, "Qarabağ"ın müdafiəçiləri - Ansi Aqolli və Admir Telini yığmaya dəvət edib. Bu futbolçular ötən ay Ermənistana qarşı yoldaşlıq oyununda çıxış etmişdi.
Qeyd edək ki, Albaniya yığması sentyabrın 6-da Sloveniyanın qonağı olacaq. Bu komandanın heyətində "Qəbələ"nin üzvü Deyan Kelhar yer alıb. 4 gün sonra isə albanlar səfərdə İslandiya ilə qarşılaşacaq.
Fanat.az