"Qarabağ"ın AL oyununun yayımlanıb-yayımlanmayacağına aydınlıq gəldi

"Qarabağ"ın AL oyununun yayımlanıb-yayımlanmayacağına aydınlıq gəldi

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İslandiyada keçiriləcək “Vestri” - “Qarabağ” matçı canlı yayımlanacaq.

Bu  barədə Fanat.Az-a “CBC Sport” telekanalından məlumat verilib. 

Kanal yayımçı şirkətlə razılığa gələ bilib. Beləliklə, qarşılaşma saat 00:00-dan etibarən sözügedən kanalda tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, yayım hüququna sahib olan şirkət “CBC Sport”dan yüksək məbləğ tələb etdiyi üçün qarşılaşmanın Azərbaycanda yayımı düyünə düşmüşdü.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər