"Qarabağ"ın AL-dəki rəqibinin Bakıya nə vaxt gələcəyi və harada məskunlaşacağı bilindi

"Qarabağ"ın AL-dəki rəqibinin Bakıya nə vaxt gələcəyi və harada məskunlaşacağı bilindi

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Vestri"nin Azərbaycana nə vaxt gələcəyi bəlli olub.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, iyulun 9-da Bakıda "köhlənlər"lə ilk matça çıxacaq İslandiya komandası iyulun 7-də paytaxtda olacaq.

"Vestri"nin harada məskunlaşacağına gəlincə, adalılar "Hyatt Regency" hotelini seçib.

 Xatırladaq ki, start fiti 20:00-da səsləndiriləcək qarşılaşma moldovalı FIFA referisi Roman Jitariyə tapşırılıb. Tərəflərin cavab oyunu isə  iyulun 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər