"Qarabağ"ı Sofiyada neçə azarkeş dəstəkləyəcək? - AÇIQLANDI

"Qarabağ"ı Sofiyada neçə azarkeş dəstəkləyəcək? - AÇIQLANDI

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda Sofiya ÇSKA-sı ilə qolsuz bərabərliyə razılaşan "Qarabağ"ı bu gün baş tutacaq səfər matçında hansı sayda azərbaycanlı azarkeşin dəstəkləyəcəyi bəlli olub.

Məlumatı Fanat.Az-a Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev verib:

"Oyuna təxminən 30 civarında azərbaycanlı azarkeş gələcək. Bizə 800 yer ayrılsa da, indiyədək bilet üçün müraciət edənlərin sayı bu qədərdir".

Ötən mövsüm Misli Premyer Liqasındakı mübarizəni 2-ci pillədə başa vuran "köhlənlər" AL-in 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) komandasını hər iki matçda 3:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. 

ÇSKA - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə 22:00-da start götürəcək. Sofiyadakı "Vasil Levski" stadionunda reallaşacaq görüşü Brem Van Drissenin başçılıq etdiyi belçikalı hakimlər briqadası idarə edəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər