"Seltik"in baş məşqçisi Ronni Deyla Çempiolar Liqasının III təsnifat mərhələsində rəqibləri olan "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi bunları deyib:
"Styarnan"la hər iki görüşdə qələbə qazanaraq mərhələ adladıq. Bu, önəmli idi. Növbəti mərhələdə ən güclü rəqiblə qarşılaşacağıq. "Qarabağ"la oyunlar tamamilə fərqli keçəcək. Növbəti mərhələdə ən güclü rəqiblə qarşılaşacağıq. Onların "Rudar"la bir matçını izlədim. Azərbaycan çempionu "Rudar"dan güclü idi. Çempionlar Liqasında mərhələ keçmək istəyirsənsə, qarşına çıxan bütün rəqibləri məğlub etməlisən. Bu mənada "Qarabağ"la hər iki oyun həm maraqlı, həm də çətin keçəcək".
Fanat.az