"Qarabağ"ı azarkeşləri, "Neftçi"ni futbolçuları ziyana saldı

"Qarabağ"ı azarkeşləri, "Neftçi"ni futbolçuları ziyana saldı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın III turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

"Səbail"lə oyunun 63-cü dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulan "İnter"in futbolçusu Tərlan Quliyev 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimələnib.

"Qarabağ" azarkeşlərinə görə ziyana düşüb. Belə ki, "Qəbələ" ilə matçın 69-cu dəqiqəsində Ağdam klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb. Klub buna görə 1600 manat cərimə edilib.

"Neftçi" isə "Kəpəz"lə oyunda 4 futbolçusu sarı vərəqə aldığından 800 manat ödəyəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər