"Ayntraxt"la qarşılaşacaq "Qarabağ"ın Almaniya səfəri təxirə salınıb. Fanat.az xəbər verir ki, buna səbəb hava limanı ilə bağlı yaranan problem olub.
Belə ki, avqustun 29-da "Ayntraxt"la səfər oyununa çıxacaq "Qarabağ" bu gün Almaniyaya yollanmağı nəzərdə tutmuşdu. Lakin Frankfurt hava limanı bu günkü çarter reysini qəbul etməkdən imtina edib. Bunun səbəbi açıqlanmır.
Nəticədə "Qarabağ" bu gün Frankfurta uça bilməyib. Səfər sabaha planlaşdırılsa da, təyyarənin Bakıdan havaya qalxacağı saat hələ bəlli deyil.