"Qarabağ"dan güclüyük" - Besnik Hasi

"Qarabağ"dan güclüyük" - Besnik Hasi

"Qarabağ" yaxşı oynadı. 45 dəqiqə ərzində 6 qol epizodu yaradıb, onlardan yararlana bilmirsənsə, qələbə qazana bilməzsən. Birinci hissədə bir qədər axsayırdıq. İkinci hissədə sərgilədiyimiz oyunu birinci yarıdan etibarən göstərməliydik. Ustalıq və istedad çatmır". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"a uduzan "Anderlext"in baş məşqçisi Besnik Hasi deyib.

Rəqib çalışdırıcı bir epizoda görə hakimdən narazı qalıb: "Hakimdən də bir epizodla bağlı narazıyam. Əslində, qol vurduq, amma hakim həmin epizodda fərqli qərar qəbul etdi”.

Haci "Qarabağ"dan güclü olduqlarını deyib: "Düşünmürəm ki, ən zəif oyunumuz idi. Bu gün xal qazanmalı idik. Avrokuboklarda adi oyun olmur. Burda sona qədər mübarizə aparmaq lazımdı. Yenə də qeyd edirəm ki, mənim komandam daha güclüdür. Ancaq rəqibi heç vaxt kiçiltmək fikrim olmayıb". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər