"Qarabağ"dan daha bir transfer - RƏSMİ

"Qarabağ"dan daha bir transfer - RƏSMİ

“Qarabağ” heyətinə daha bir legioner qatıb.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın “Zalaeqerseq” klubundan Bençe Varkonyini alıb.

24 yaşlı mərkəz müdafiəçisi ilə bağlı paylaşım klubun rəsmi sosial şəbəkə hesablarında “Xoş gəldin, Bençe Varkonyi” sözləri ilə edilib.

Macarıstan mətbuatının iddiasına görə, "köhlənlər" qarşı tərəfə 1 milyon avro təzminat ödəyəcək.

Xatırladaq ki, “Qarabağ” bu yay Zakaria Savo (son klubu - "Aris" Kipr), Jali Muaddib (“Omoniya” Aradippou Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya), Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya) da rənglərinə bağlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər