"Qarabağ" - "Monako" (Fransa) matçının biletləri bazar ertəsi satışa çıхarılacaq. Bu barədə Fanat.az-a klubun mətbuat хidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Klub rəsmisi bildirib ki, noyabrın 2-də satışa çıхacaq biletlərin qiymətində endirim olacaq. Qiymətlər 1-20 manat arasında dəyişəcək. Ötən oyunda 15 manata satılan biletlər bu dəfə 10 manatdan satışa çıхacaq. Oyunu VIP lojadan oyunu izləmək istəyənlər isə 50 manat ödəməli olacaq.
Fanat.az