"Qarabağ"dan ayrılan ulduz Ukraynanı bir-birinə vurdu

"Qarabağ"dan ayrılan ulduz Ukraynanı bir-birinə vurdu

"Qarabağ"ın sabiq futbolçusu Leandro Andradenin transferi Ukraynada idman mətbuatının və azarkeşlərin əsas müzakirə mövzularından birinə çevrilib.

Fanat.Az xəbər verir ki, "Dinamo Kiyev"in məhsuldar vingerlə müqavilə bağlamamaq qərarı kəskin tənqidlə qarşılanıb.

Azarkeşlər xüsusilə onun UEFA Çempionlar Liqasında 3 qol vurmaqla öz səviyyəsini sübut etdiyini, paytaxt klubunun isə belə bir gücdən yararlanmaq istəmədiyini vurğulayıblar.

Onların fikrinə görə, "Dinamo" Avropa Liqasının təsnifat mərhələsində qol vurmaqda ciddi çətinlik çəkdiyi bir vaxtda, hücum xəttində belə bir yaradıcı simanın transferindən imtina etməklə böyük səhvə yol verib. Kiyevlilərin masada qoyduğu bu böyük fürsəti vaxtında dəyərləndirən "Polissya" isə futbolçunu heyətinə qataraq çempionatdakı rəqiblərinə əzələ nümayiş etdirib.

Bu keçid gələcəkdə "Dinamo Kiyev"in ciddi şəkildə peşman ola biləcəyi ən uğursuz qərarlardan biri kimi yadda qalacaq.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər