"Qarabağ" heyətini gücləndirməyə davam edir. Fanat.az хəbər verir ki, Ağdam klubu bu gün daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Belə ki, "Qarabağ" "Bakı"nın gənc futbolçusu Mahir Mədətovla müqavilə imzalayıb. O, 3 il "Qarabağ"ın formasını geyinəcək.
Mahir Mədətov "Bakı"nın yetirməsiidi. 18 yaşlı hucumçu 2014/15 mövsümündə 20 rəsmi oyuna çıхıb və 748 dəqiqə oynayıb.

Bu "Qarabağ"ın yayda həyata keçirdiyi 8-ci transfer olub. Ağdam klubu bundan əvvəl "İnter"dən Coşqun Diniyevi, Elvin Məmmədovu, Azər Salahlını, "Simurq"dan Vüqar Mustafayevi, "Neftçi"dən Elvin Yunuszadəni, "Lans"dan Alharbi El Jadeyuini və "Valensyenn"dən Raydell Puponu heyətinə qatıb.

Fanat.az