"Qarabağ"dan 1 milyonluq transfer bombası

"Qarabağ"dan 1 milyonluq transfer bombası

Azərbaycanı UEFA  Avropa Liqasında təmsil edəcək "Qarabağ" yay transfer pəncərəsində heyətini gücləndirmək üçün növbəti ciddi addımını atıb.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın ZTE klubundan 24 yaşlı mərkəz müdafiəçisi Bense Varkonyini heyətinə qatır.

Bu keçid barədə tanınmış belçikalı insayder Saşa Tavolieri öz sosial şəbəkə hesablarında məlumat yayıb.

Xəbərə görə, "köhlən atlar"ın macarıstanlı müdafiəçi üçün təxminən 1 milyon avro təzminat ödəyəcəyi və onunla 3 illik rəsmi müqavilə imzalayacağı gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər