"Qarabağ"da ŞOK itki

"Qarabağ"da ŞOK itki

Topaz Premyer Liqanın sonuncu turunda "Simurq"la qarşılaşacaq "Qarabağ" oyuna istədiyi heyətlə çıxa bilməyəcək. İdman24.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Azərbaycan  millisinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov  "Bakı" ilə  oyunda zədələnərək sıradan çıxıb. Sağ diz bağlarında birinci dərəcəli yüklənmə olan 31 yaşlı müdafiəçi oyunun gedişində Bədavi Hüseynovla əvəzlənmişdi. Rəşadın sağalma prosesinin 2-3 həftə davam edəcəyi gözlənilir.Komandanın yarımmüdafiəçisi Riçard Almeyda da mövsümü bitirib. Sonuncu görüşdə sol çiynindən zədələnən Ağdam təmsilçisinin braziliyalı  bomdardirinin dönüşü üçün 5-10 gün lazım olacaq.Qeyd edək ki, "Qarabağ" - "Simurq" matçı mayın 19-u baş tutacaq. İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər