"Qarabağ"a müqavimət göstərmək üçün..." - "Linkoln"un futbolçusu

"Qarabağ"a müqavimət göstərmək üçün..." - "Linkoln"un futbolçusu

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində bu gün "Qarabağ"ı qəbul edəcək Cəbəllüttariq "Linkoln"unun müdafiəçisi Co Martines oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, klubun saytına danışıb.

"Qarabağ" çox səviyyəli, bizim işimizi çətinləşdirəcək rəqibdir. Onlar topu özlərində saxlayaraq meydanda dominantlıq etməyə çalışacaqlar. Biz onlara müqavimət göstərmək üçün hər şey etməyə məcburuq. Rəqibi təhlil etmişik və öz üstün tərəflərimizdən maksimum faydalanaraq bütün gücümüzü meydanda qoymağa hazırıq".

Xatırladaq ki, "Linkoln" - "Qarabağ" oyunu 20:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər