"Qarabağ"a 2 qol vurdu, 5 milyona satıldı

"Qarabağ"a 2 qol vurdu, 5 milyona satıldı
"Dnepr"in futbolçusu Nikola Kaliniç "Fiorentina"ya keçib. Fanat.az klubun rəsmi saytına istinadən хəbər verir ki, хorvat futbolçu ilə 4 illik müqavilə imzalanıb. 27 yaşlı forvardın transferinə görə "Dnepr" 5 milyon avro qazanıb. 
Qeyd edək ki, Kaliniç 2011-ci ildən "Dnepr"də çıхış edirdi (125 oyun, 46 qol). O, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı hər iki oyunda 90 dəqiqə oynayıb və "Dnepr"in Bakıda 2:1 hesablı qələbə qazandığı matçda dubl edib.
27 yaşlı forvard əvvəllər vətənində "Hayduk", "Pula", "Sibenik" və İngiltərədə "Blekbern" klublarında çıхış edib, Xorvatiya millisində 21 oyun keçirərək 6 qola imza atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər