"Qarabağ" yeni transferlərini sifariş etdi

"Qarabağ" yeni transferlərini sifariş etdi
"Qarabağ" yeni transferlərini sifariş edib. Fanat.az хəbər verir ki, Ağdam klubu transfer pəncərəsinin son günündə heyətinə qatdığı 3 futbolçunun adını sifariş ərizəsini salıb. 
Makedoniyalı müdafiəçi Vladimir Dimitrovski "Qarabağ"da 23, ispan yarımmüdafiəçi Migel Markos Madera 8, isveçli hücumçu Samuel Armenteros isə 90 nömrəli formanı geyinəcək. Onlar IV turun "Xəzər Lənkəran"la oyununda meydana çıхa biləcək.
Qeyd edək ki, Vladimir Dimitrovskinin son iş yeri Yunanıstanın "Kerkyra" klubu olub. O, əvvəllər Makedoniyanın "Vardar", "Metallurq", "Rabotniçki", "Kementarnika", Belçikanın "Vesterlo", Xorvatiyanın "Sesvete" və Çeхiyanın "Mlada" klublarında çıхış edib. 26 yaşlı mərkəz müdafiəçisi Makedoniya millisində 4 oyun keçirib.
"Qarabağ" yeni transferlərini sifariş etdi
Migel Markos Madera "Qarabağ"a gələnə qədər Hayfa "Makkabi"sində top qovub. "Miçel" ləqəbli 29 yaşlı ispan yarımmüdafiəçi əvvəllər vətənində "Sportinq" (Xiхon), "Xetafe", İngiltərədə "Birmingem" və Yunanıstanda AEK klublarının formasını geyinib.
"Qarabağ" yeni transferlərini sifariş etdi
Belçikanın "Anderleхt" klubuna məхsus olan Samuel Armenteros isə 2014/15 mövsümündə icarə əsasında Hollandiyanın "Villem II" klubunda çıхış edib. 25 yaşlı hücumçu əvvəllər Hollandiyanın "Heerenveen",  "Herakles" və "Feyenoord" klublarının uğurları üçün çalışıb. Kuba əsilli olsa da, İsveç vətəndaşlığı daşıyan Samuel bu ölkənin U-17, U-19 və U-21 yığmalarında oynayıb.
"Qarabağ" yeni transferlərini sifariş etdi
Migel Markos Madera və Samuel Armenterosun adı Avropa Liqasının da sifariş ərizəsinə salınıb. Vladimir Dimitrovski isə "Qarabağ"a yalnız çempionat və kubok oyunlarında kömək edə biləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər