"Qarabağ" Türkiyəyə yollanır

"Qarabağ" Türkiyəyə yollanır

"Qarabağ" sabah gedir.  Avroliqaya hazırlaşmaq üçün qardaş ölkəyə yollanacaq komanda hazırlıqlarının Bakı mərhələsini başa çatdırıb. Sabah səhər Bakı – Ankara reysi ilə yola düşəcək komanda axşam Qızılcahamamda məşqə çıxacaq. 

Klub Avroliqanın püşkünə qədər Türkiyədə məskunlaşacaq. Püşkə əsasən "Qarabağ" ilk oyunu evdə keçirməli olsa, iyunun 28-i Bakıya qayıtmağı planlaşdırır. Əks halda, Türkiyədən səfər oyununa yollanılacaq.

Qeyd edək ki, Avroliqanın ilk turunun oyunları iyulun 4-ü və 11-i keçiriləcək. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər