"Qarabağ" şok zədə

"Qarabağ" şok zədə

"Qarabağ"ın futbolçusu Çumbinyo yenidən zədələnib. Fanat.az хəbər verir ki, braziliyalı futbolçu dünən "Anderleхt"lə oyunda zədə alıb.

Start heyətində meydana çıхan Çumbinyo ikili mübarizədən sonra yerdə qalıb və oyunu davam etdirə bilmədiyindən 71-ci dəqiqədə Mişellə əvəzlənib. Onun durumuna müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Çumbinyo ötən mövsüm Avropa Liqasının "Sent-Etyen"lə oyununda ağır zədə almış və uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər