"Qarabağ" Sofiyada sınaq qarşısında

"Qarabağ" Sofiyada sınaq qarşısında

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

Fanat.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" Bolqarıstanda "ÇSKA Sofiya" ilə qarşılaşacaq.

Sofiyadakı Vasil Levski stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bakıda keçirilən ilk görüşdə qalib müəyyənləşmədiyi (0:0) üçün məhz bugünkü görüşdə üstün olan tərəf mərhələ adlayacaq.

Xatırladaq ki, bu cütün qalibi Avropa Liqasının III təsnifat mərhələsində "Şerif" (Moldova) - "Makkabi Təl-Əviv" (İsrail) cütünün güclüsü ilə qarşılaşacaq.

UEFA Avropa Liqası 2-ci təsnifat mərhələsi, cavab oyunu 30 iyul

22.00. ÇSKA Sofiya (Bolqarıstan) - Qarabağ Hakimlər: Brem Van Drisse, Mişel Sildreyers, İv de Neve, Bert Put (hamısı Belçika). Sofiya. Vasil Levski stadionu. (ilk oyun - 0:0).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər