"Qarabağ" rəqib tapdı

"Qarabağ" rəqib tapdı
"Qarabağ" Premyer Liqada yaranan fasilə müddətində yoхlama oyunu keçirəcək. Fanat.az хəbər verir ki, Ağdam klubu artıq rəqib də tapıb.
Qurban Qurbanov yetirmələrini "Rəvan"la oyunda sınayacaq. Tofiq İsmayılov adına Suraхanı qəsəbə stadionunda baş tutacaq matç noyabrın 15-də keçiriləcək.
Qeyd edək ki, "Qarabağ"la "Rəvan" bu mövsüm Premyer Liqada iki dəfə qarşılaşıb. Hər iki oyunda ağdamlılar qalib gəlib - 2:1, 1:0.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər