"Qarabağ" "Xarkov"a uduzdu

"Qarabağ" "Xarkov"a uduzdu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə daha bir yoxlama oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, "köhlənlər" Ukrayna təmsilçisi "Xarkov"la qarşılaşıb.

Görüş rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. Eksperimental heyətlə mübarizə aparan "Qarabağ"ın qollarını Jali Muaddib və Kadi Borges (penaltidən) vurublar.

Ağdam komandası bu gün daha bir yoxlama matçı keçirəcək. Ağdamlılar Bakı vaxtı ilə saat 19:30-da start götürəcək oyunda Macarıstan təmsilçisi "Ferentsvaroş"la üz-üzə gələcək.

Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni 4:3 hesabı ilə yenib.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər