"Qarabağ" "Vestri" ilə səfər matçına neçə itki ilə çıxacaq?

"Qarabağ" "Vestri" ilə səfər matçına neçə itki ilə çıxacaq?

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda İslandiyanın "Vestri" komandasını 3:0 hesabı ilə məğlub edən "Qarabağ"ın cavab qarşılaşmasına neçə itki ilə çıxacağı məlum olub.

Fanat.Az-a "köhlənlər"in mətbuat xidmətindən verilən məlumata görə, hücumçu Musa Qurbanlı zədəlidirsə, mərkəz müdafiəçisi Bəhlul Mustafazadə də hələ kollektiv məşqlərə qatılmır.

"Ağ-göylər"in sıralarında cəzalı duruma düşən oyunçu yoxdur.

Xatırladaq ki, tərəflərin cavab qarşılaşması iyulun 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə 00:00-da başlayacaq. Azərbaycan təmsilçisi sabah 16:00-da çarter reysi ilə İslandiyaya yollanacaq.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər