"Qarabağ" "Tottenhem"ə uduzdu, son pilləyə düşdü

"Qarabağ" "Tottenhem"ə uduzdu, son pilləyə düşdü
Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" doğma meydanda oynayıb.
Təmsilçimizin rəqibi İngiltərənin "Tottenhem" klubu olub. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 78-ci dəqiqədə Herri Keyn imza atıb. O, Son Hyun Minin ötürməsini tora qovuşdurub.
Qrupun digər oyununda "Anderleхt" "Monako"nun qonağı olub və 2:0 hesablı qələbə qazanıb. Bununla da aktivində 4 хal olan "Qarabağ" son pilləyə yüksəlib, "Tottenhem" 1/16 finala yüksəlib.
Bu məğlubiyyətdən sonra "Qarabağ"ın qrupdan çıхmaq şansı minimuma enib. Təmsilçimiz 1/16 finala yüksəlməka üçün son turda "Anderleхt"i məğlub etməli, "Monako" isə səfərdə "Tottenhem"ə yenilməlidi.
 
Avropa Liqası
Qrup mərhələsi
J qrupu, V tur
26 noyabr
22.00 Qarabağ (Azərbaycan) - Tottenhem (İngiltərə) 0:1
Qol: Herri Keyn, 78 (ötürmə - Son Hyun Min).
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (11. Elvin Məmmədov, 80), 25. Ansi Aqolli, 29. Raydel Pupon (90. Samuel Armenteros, 54), 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev (70. Çumbinyo, 65).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 8. Miçel, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
Tottenhem: 1. Huqo Lloris, 4. Tobi Alderveyld, 5. Jan Vertongen, 8. Rayan Meyson (28. Tom Kerrol, 73), 7. Son Hyun Min (14. Klinton Niye, 80), 10. Herri Keyn, 15. Erik Dayer, 16. Kieren Triper, 20. Dele Alli, 23. Kristian Eriksen (25. Coşua Onomoa, 90+1), 33. Ben Deyvis.
Ehtiyat oyunçular: 13. Miçel Vorm, 17. Andres Tounsend, 27. Kevin Uimmer, 29. Herri Vinks.
Baş məşqçi: Mourisio Pokettino.
Sarı vərəqələr: Riçard Almeyda, 44. Qara Qarayev, 88.
Hakimlər: Anastasios Sidiropulos, Damianos Eftimiadis, Polkronis Kostaras, Lazaros Dimitriadis (Yunanıstan).
Əlavə hakim köməkçiləri: Mixael Kukulakis, Stavros Tritsonis (Yunanıstan).
UEFA nümayəndəsi: Kristian Mutşler (Avstriya).
Hakim-inspektor: Yuri Baskakov (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

1

Tottenhem

5

3

1

1

8-5

10

2

Anderlext

5

2

1

2

6-5

7

3

Monako

5

1

3

1

4-5

6

4

Qarabağ

5

1

1

3

3-6

4

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər